"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçına çıxıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dinamo” ilə qarşılaşıb. Matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.
"Qarabağ" ilk görüşdə "Dinamo"ya 0:3 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
28 avqust
20:45 "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2
Qol: Marko Pyatsa, 32, Mateus Silva, 53 (avtoqol)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun 0:3
Tofiq Bəhramov adına Respublika stadionu.