Avropa Liqası: "Qarabağ"ın hansı səbətdə yer aldığı bəlli oldu

10:34 - 29 Avqust 2024

"Qarabağ" UEFA Avropa Liqasında iştirak edəcək. 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu AL-də 3-cü səbətdə yer alıb.

Yarışda iştirakı dəqiqləşən klubların səbətləri:

Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).

Birinci və ya ikinci səbət: "Real Sosyedad" (İspaniya).

İkinci səbət: AZ (Alkmaar, Niderland), "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos" (Yunanıstan).

İkinci və ya üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna).

Üçüncü və ya dördüncü səbət: "Midtyullann" (Danimarka), "Malmö" (İsveç), "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Tvente" (Niderland).

Qeyd edək ki, Avropa Liqasının püşkatması avqustun 30-da keçiriləcək.

“Qarabağ” Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).

Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.

Xəbər xətti