İki mövsüm əvvəl Çempionlar Liqasının təsnifat mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" görüşlərindən sonra Julio Romaoya "elçi" düşən Macarıstan klubu hələ də braziliyalı futbolçuya marağını azaltmayıb.
Bir neçə dəfə "Qarabağ"a müraciət edən macarların istəyini reallaşdıra bilməyib.
Sportal.az saytına etibarlı mənbədən verilən məlumata görə, "Ferentsvaroş” “transfer pəncərəsi”nin bağlanmasına az qaldığı üçün Romaoya görə son dəfə “Qarabağ”a müraciət edəcək. "Ferentsvaroş" ona görə yetərincə normal təzminat ödəməyə hazırdır.
Amma braziliyalı "Qarabağ" üçün çox önəmli oyunçu olduğu üçün onu satacağı inandırıcı görünmür.
2022-ci il iyulun 17-də "Qarabağ"a keçmiş Romao 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsusdur.
saytlarin hazirlanmasi