Yunanıstanda "Qarabağ"ın qələbəsini xatırladılar: "Olimpiakos" travmatik təcrübə yaşadı"

17:23 - 1 Sentyabr 2024

Yunanıstanda yerli “Olimpiakos”un Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Qarabağ”la bağlı yazı dərc edilib.

Sportal.az xəbər verir ki, “RED LINE” “Qarabağ”ın bu mövsümkü ÇL-in təsnifat mərhələsindəki performansından da yazıb:

"Olimpiakos 2022/2023 mövsümünün Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oynadı və evdə 0:3 (səfər matçı heç-heçə bitdi - 0:0) hesabı ilə ağır məğlubiyyətə uğradığı üçün travmatik təcrübə keçirdi. Azərbaycan çempionu bu il Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb, burada Cəbəllütariqin “Linkoln” klubunu asanlıqla sıradan çıxarıb (2:0, 5:0). Daha sonra evdə 1:2 hesabı ilə uduzduqları "Ludoqorets"i əlavə vaxtda Bolqarıstanda 7:2 hesabı ilə məğlub etdilər! Lakin onlar “Dinamo”dan (Zaqreb) iki məğlubiyyətlə (0:3 və 0:2) pley-offdan kənarlaşdırıldılar".

"Qarabağ"ın Avropa Liqasında oyunlarının təqvimi müəyyənləşib. Qeyd edək ki, Ağdam təmsilçisinin "Olimpiakos"la görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək və görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Xəbər xətti