Azərbaycanda çıxış etmiş azsaylı polşalı qapıçılardan olan Lukaş Sapela Sportal.az saytına açıqlama verib.
Hazırda "Resovia" klubunda qapıçı məşqçisi kimi fəaliyyət göstərən Sapela "Qarabağ"ın yeni transferi, həmyerlisi Mateuş Koxalski barədə danışıb.
Vaxtı ilə "Rəvan"ın qapısını qorumuş Lukaş Koxalskinin etibarlı qolkiper olduğunu deyib:
"Mateuş Koxalski Polşada ən yaxşı qapıçı statusunu almışdı. O, bunu "Stal"da oynayaraq əldə etmişdi. Üstəlik, nəzərə almaq lazımdır ki, Koxalski bunu 24 yaşında reallaşdırıb. Koxalskinin yaxşı performansı gözlənilməz deyil axı. "Qarabağ" axı Polşada ötən mövsümün ən yaxşı qapıçısını transfer edib. Məncə, o özü də Azərbaycan çempionuna transfer olmaqdan məmnundur. Mateuş bu klubun heyətində keçirəcəyi avrokuboklar və digər matçlarda da özünü inkişaf etdirə bilər. Burada Qurban Qurbanov faktoru da var. O, əla məşqçidir və onun komandasına hansı oyunçular lazım gəldiyini əla bilir. Ümidvaram ki, hər şey Koxalski və "Qarabağ" üçün yaxşı alınacaq".
saytlarin hazirlanmasi