Yunanıstan mətbuatı: "Qarabağ" çox aqressiv və təhlükəli komandadır "

21:24 - 1 Sentyabr 2024

Yunanıstanda “Olimpiakos”un Avropa Liqasının əsas mərhələsinin püşkatmasının nəticələrini şərh edərkən, Pirey klubunun rəqiblərindən birinə çevrilən “Qarabağ”a da yer veriblər.

Sportal.az “fosonline” portalına istinadən xəbər verir ki, yunanıstanlı həmkarlarımız Azərbaycan çempionu haqda bunları yazıb:

"Qarabağ" çox aqressiv və təhlükəli komandadır. Onlar bunu ötən mövsüm Avropa Liqasında “Bayer”ə qalib gəlməyə (2:2, 2:3) bir addım qalaraq sübut etdilər. Üstəlik, bunu 2022-ci ildə “Olimpiakos”u öz meydanında 3:0 hesabı ilə məğlub edəndə göstərdilər. O vaxtdan bəri bu komandalar arasında görüş olmayıb, hər ikisi uğur qazanıb".

Xəbər xətti