Rumıniyanın FKSB klubunun İdarə Heyətinin sədri Mihai Stoika Avropa Liqasının əsas mərhələsindəki rəqibləri haqda danışarkən “Qarabağ”la bağlı da danışıb.
Sportal.az xəbər verir ki, “sportbull.ro” portalına danışan klub rəsmisi Ağdam təmsilçisi haqda bunları deyib:
"Nə “Qarabağ”, nə də “Hoffenhaym” ürəyimcədir. İstəməzdim ki, “Midtyulland” da bizə rəqib olsun. Amma ən son istədiyim alman klubunun rəqib çıxması idi".
Qeyd edək ki, "Qarabağ" - FKSB oyunu gələn il yanvarın 23-də baş tutacaq. Tofiq Bəhramov adına stadionda keçiriləcək görüş saat 21:45-də başlayacaq.