"Karvan" "Baku Sportinq"ə qalib gələ bilmədi - VİDEO

20:50 - 27 Mart 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda "Baku Sportinq"i qəbul edib. Yevlaxda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Karvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Baku Sportinq" isə 4-cü yerdədir.

"Karvan" - "Baku Sportinq" 1:1
Qollar: E.Morgan, 76 (pen) - L.Stevanoviç, 57

Xəbər xətti