"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib ki, bu mövsüm "Mançester Siti" ona çox şey öyrədib.
Sportal.az xəbər verir ki, hazırda Premyer Liqada 48 xalla 5-ci sırada yer alan "şəhərlilər"in ispan baş məşqçisi bunları qeyd edib:
"Siz həm yaxşı, həm də pis anlarda öyrənirsiniz. Təcrübə dəfələrlə təkrarlana bilər və əgər yeni bir şey öyrənməsəniz, o artıq lazımsız olacaq. Bu mənim üçün yaxşıdır, çox şey öyrənəcəm. Ümid edirəm ki, klub da öyrənəcək. Keçmişdə mən deyəndə ki, Çempionlar Liqasına vəsiqə qazanmaq böyük uğurdur, mənə inanmırdılar, amma indi inanırlar."
saytlarin hazirlanmasi