Antoni: "Sevilyada mənə Braziliyanı xatırladan çox şey var - günəş, yeməklər, insanlar..."

01:07 - 28 Mart 2025

İcarə əsasında "Betis"də çıxış edən Antoni buraya keçidini ən yaxşı qərar hesab edir.

Sportal.az xəbər verir ki, müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan vinger "DAZN" nəşrinə açıqlama verib:

"Sevilyada mənə Braziliyanı xatırladan çox şey var – günəş, yeməklər, insanlar... Bu, bizim ölkədən gələn insanlar üçün çox vacibdir. Mən özümü tapmalı və xoşbəxt olmalı idim. Hər gün düşünürəm ki, mümkün olan ən yaxşı qərarı vermişəm. "Mançester Yunayted"də çox şey öyrəndim, amma orada çox çətinliklər də yaşadım."

Qeyd edək ki, Antoni bu ilin yanvar ayından "Betis"də çıxış edir. Braziliya millisinin üzvü olan 25 yaşlı vinger La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti