"Neftçi" "Araz-Naxçıvan"la, "Sabah" "Sumqayıt"la heç-heçə etdi - YENİLƏNİB

20:53 - 29 Mart 2025

Misli Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk oyunu "Neftçi" və "Araz-Naxçıvan" arasında olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

İkinci matç isə Sumqayıtda keçirilib. Burada şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edib. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

29 mart (şənbə)

“Neftçi” “Araz-Naxçıvan” 1:1 

Qollar: Bassala Sambu, 3 - İssuf Paro, 6
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”, 16:45

“Sumqayıt” “Sabah” 3:3

Qollar: Ronaldo Vaskez, 18, Bobir Abdixolikov, 46, Momo Yansane, 87 - Umarali Raxmonaliyev, 6, 71, Tellur Mütəllimov, 77
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

Xəbər xətti