Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Sportal.az xəbər verir ki, PFL bu görüşün yayım hüququnu bu kanala verib. Matç mayın 17-də, saat 17:00-da, Şamaxı şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, “CBC Sport” həmin gün eyni saatda start götürəcək “Zirə – Sabah” və “Sumqayıt – Turan Tovuz” oyunlarını canlı yayımlayacaq.
saytlarin hazirlanmasi