"Milan" baş məşqçisi ilə yollarını ayıracaq

19:55 - 15 May 2025

"Milan" baş məşqçi Serjiu Konseysau ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi portuqaliyalı mütəxəssislə yola davam etməyəcək. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mövsüm başa çatdıqdan sonra baş məşqçi ilə yollar ayrılacaq.

Qeyd edək ki, Serjiu Konseysau ötən ilin dekabr ayında "Milan"ın baş məşqçisi təyin olunub. Komanda A Seriyasında 36 turdan sonra 60 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" İtaliya Kubokunun finalında "Bolonya"ya uduzub.

Xəbər xətti