Gəncədə minifutbol turniri keçirilib - FOTOLAR

23:04 - 14 May 2025

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, UEFA-nın dəstəyilə Gəncədə yerləşən məktəblər arasında keçirilən minifutbol turniri başa çatıb.

Sportal.az xəbər verir ki, məktəblərdə Futbol Dərsi layihəsi çərçivəsində təşkil olunan minifutbol turnirinin final mərhələsi Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin idman meydançasında baş tutub. Final oyunundan öncə bir qrup rəsmi şəxs Gəncə şəhəri Heydər Əliyev Mərkəzi önündə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib.

Finalda 1 saylı tam orta məktəbin kollektivi 39 saylı tam orta məktəbin kollektivi üzərində qələbə qazanaraq, turnirin qalibi olub. Qalib komanda kubok və medallarla, digər yerləri tutanlar isə müvafiq medallarla təltif ediliblər. Turnirdə fərqlənmiş oyunçular müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Kuboku və mükafatları iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib. Həmçinin, yarışın final mərhələsinə ev sahibliyi etdiyinə, eləcə də, təşkilati işlərdə xüsusi fərqləndiyinə görə İ.Qayıbov adına 1 saylı tam orta məktəbə AFFA tərəfindən xüsusi hədiyyə təqdim olunub. Hədiyyə məktəbin direktoru Elvin Mehdizadəyə verilib.


Xəbər xətti