"Barselona" 3 mövqeyə transfer etmək istəyir

22:05 - 14 May 2025

"Barselona"nın yayda gücləndirmək istədiyi mövqelər açıqlanıb.

Sportal.az xəbər verir ki, ESPN-in məlumatına görə, Kataloniya klubu yay transfer pəncərəsində mərkəz müdafiəçisi, cinah müdafiəçisi və sol cinah vingeri transfer etməyi planlaşdırır. Kataloniya təmsilçisinin bu transferləri həyata keçirmək üçün bəzi futbolçularını satacağı gözlənilir.

Klubun idman direktoru Deko və onun komandası yayda sərəncamlarda olacaq büdcəyə uyğun olaraq hər mövqe üçün bir neçə alternativ plan hazırlayıb. Hazırda "Barselona"nın konkret namizədləri olmasa da, əvvəl maraq göstərdiyi bəzi futbolçular – Markus Reşford, Luis Dias və ya Niko Uilyams transfer hədəfləri sırasına düşə bilər.

Xəbər xətti