Roberto Firmino "Əl-Əhli"dən ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu mövsüm başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı klubunu tərk etməyi planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Firminonun klubla müqaviləsi gələn ilin yayında başa çatır. Lakin 33 yaşlı forvard bu yay Asiya təmsilçisindən ayrılaraq ölkəsinə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, Roberto Firmino 2023-cü ilin yayından "Əl-Əhli"də çıxış edir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi