"Mançester Yunayted"in sabiq futbolçusu Patris Evra hesab edir ki, Aleks Ferqyusonun metodları bu gün fərqli qarşılanardı.
Sportal.az xəbər verir ki, Evra SDS podcast-da maraqlı fikirlər səsləndiriblər:
"Əgər Ferqyuson bu gün məşqçi olsaydı, yəqin ki, həbsxanada olardı. O, etdiklərini bu dövrdə etsəydi, cəzadan yayınmazdı. Bilirsinizmi, onun butsları atdığı üçün nə qədər futbolçunu ağlayaraq gördüm? O, əsl şeytan idi. Bir dəfə Runi topu Uelbekə ötürdü, o da penaltini vura bilmədi. Biz uduzduq, amma bu sadəcə 45 dəqiqəlik yoldaşlıq oyunu idi.
Soyunub-geyinmə otağına qayıtdıq. Ferqyuson qışqırmağa başladı: ‘Uelbek!’ Biz Uelbeklə tualetdə idik, o, ehtiyacını ödəyirdi. Amma Ferqyuson dayanmadan qışqırırdı: ‘Sən özünü kim hesab edirsən ! Gəlirsən birinci komandaya və penalti vurursan?!’
Mən dedim: ‘Boss, bu sadəcə yoldaşlıq oyunudur.’ O isə cavab verdi: ‘Tüpürüm yoldaşlıq oyununa!"
saytlarin hazirlanmasi