"Araz-Naxçıvan" Türkiyəyə gedəcək

19:16 - 27 May 2025

“Araz-Naxçıvan”ın  2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Sportal.az xəbər  verir ki,  “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək.

Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.

Xəbər xətti