Ərəblər "Mançester Yunayted"in kapitanına sərvət təklif etdilər

20:26 - 27 May 2025

"Əl-Hilal" "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşin transferində israrlıdır.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "qırmızı şeytanlar"a 100 milyon funt-sterlinq təklif edib. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Ərəblər portuqaliyalı yarımmüdafiəçinin özünə həftəlik 700 min funt-sterlinq maaş verməyə hazırdır. "Əl-Hilal" rəhbərliyi 30 yaşlı futbolçuya qərar vermək üçün 3 gün vaxt verib.

Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 57 oyunda 19 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti