Almaniya klubu azərbaycanlı hücumçu ilə yeni müqavilə imzaladı 

11:34 - 29 May 2025

Almaniyanın "Dinamo"(Berlin) klubu azərbaycanlı hücumçu Rüfət Dadaşovla müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, Berlin təmsilçisi 33 yaşlı hücumçu ilə daha 2 illik yeni müqavilə imzalayıb.

Dadaşov klubun yeni şərtlərlə müqavilə təklifinə müsbət cavab verib.

Bu mövsüm millimizin sabiq futbolçusu berlinlilərin heyətində 58 oyunda 28 qol vurub. 
 

Xəbər xətti