"Zirə"nin yeni müqavilə təklif etmədiyi Məqsəd İsayev yeni mövsümə də Premyer Liqada başlaya bilər.
Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı futbolçuya 3 klubdan təklif gəlib.
Belə ki, "Kəpəz", "Karvan", "Sumqayıt" İsayevi heyətində görmək niyyətindədir.
Hazırda bu üç klub müdafiəçi uğrunda rəqabətə girib.
Məqsəd hələ ki mövsümə hansı komandada başlayacağına qərar verməyib. “Neftçi”nin yetirməsi və sabiq üzvü “Keşlə”(indiki “Şamaxı”), “Sabah”, “Səbail”, “Qəbələ” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi