"Araz-Naxçıvan"ın rəqibində yeni qapıçı 

10:35 - 2 İyul 2025

Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” heyətini daha bir qapıçı ilə gücləndirib. 

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi Lovro Maykiçi transfer edib. 

25 yaşlı xorvatiyalı qolkiperlə 3 illik müqavilə imzalanıb. Xorvat buna qədər 2018-2025-ci illərdə “İstra”nın qapısını qoruyub.

Xatırladaq ki, “Araz-Naxçıvan” - “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.
 

Xəbər xətti