"Qarabağ" "Metallist"ə uduzdu - - YENİLƏNİB

21:59 - 7 İyul 2025

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" klubu ilə qarşılaşıb. Qeyd edək ki, yoxlama matçı olduğu üçün qarşılıqlı razılığa əsasən görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub. Matç Ağdam təmsilçisinin 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama görüşündə "Zirə"yə 4:0 qalib gəlmişdi. 

Yoxlama görüşü

19:30. "Qarabağ" - "Metallist 1925" 4:5

Qollar: Nəriman Axundzadə, 3; 13. Aleksey Kaşuk, 97. Emmanuel Addai, 114 (pen.) - Ermir Raşitsa, 11. Matvey Pançenko, 26. Artyom Şabanov, 45. Ramik Hacıyev, 71. Ari Mura, 83 (pen.)

Xəbər xətti