"Roma" Ferqyusonu istəyir

23:33 - 13 İyul 2025

“Roma” “Brayton”un hücumçusu Evan Ferqyusonu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, jurnalist Canluka Di Marzionun məlumatına görə, 20 yaşlı irlandiyalı futbolçu, digər klubların marağına baxmayaraq, Roma klubuna keçməyə razılıq verib.

Lakin “Brayton” Evan üçün 45 milyon avro tələb edir, “Roma” isə bu məbləği azaltmağa ümid edir.

2024/25 mövsümündə Ferqyuson “Brayton”un heyətində Premyer Liqada 13 oyunda cəmi 1 qol vurub. Qışda icarə əsasında “Vest Hem”ə keçib və orada 8 oyunda məhsuldarlıq göstərə bilməyib.

Xəbər xətti