"Real" ispan futbolçunun transferini açıqladı - RƏSMİ

23:36 - 14 İyul 2025

"Benfika" Alvaro Fernandes Karrerasın transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, bu gün "Real" 22 yaşlı müdafiəçi ilə 6 illik rəsmi olaraq müqavilə imzaladığını elan edib.

Portuqaliya klubu bildirib ki, transferin dəyəri 50 milyon avro təşkil edib. Əldə olunan mənfəətin 20%-i — yəni 8,8 milyon avro — Alvaronun sabiq klubu "Mançester Yunayted"ə çatacaq.

Futbolçu ötən ilin may ayında 6 milyon avroya İngiltərə klubundan "Benfika"ya keçmişdi. Beləliklə, portuqaliyalılar Alvaronun satışından 44 milyon avro gəlir əldə ediblər.


Xəbər xətti