Donnarummanın transferində son durum - 2 klubun heç biri ilə danışıq aparmır

00:08 - 31 İyul 2025

Canluici Donnarumma hazırda nə "Mançester Yunayted", nə də "Çelsi" ilə danışıqlar aparır.

Sportal.az xəbər verir ki, daha əvvəl məlumat verilmişdi ki, PSJ və italyan qapıçı bu həftə onun mümkün gedişini müzakirə edəcəklər. Donnarumma ilə klub arasında 2026-cı ilə qədər olan müqavilənin uzadılması ilə bağlı razılıq hələ əldə olunmayıb.

Media xəbərlərində Donnarummaya "Çelsi", "Qalatasaray" və "Mançester Yunayted"in maraq göstərdiyi bildirilirdi. Lakin futbol insayderi Fabritsio Romanonun məlumatına görə, hazırda Donnarumma APL-nin bu iki klubu ilə heç bir danışıqlar aparmır.

Romano vurğulayıb ki, yayılan xəbərlərə baxmayaraq, heç bir konkret söhbət və ya danışıqlar yoxdur.

Xəbər xətti