Portuqaliya millisinin müdafiəçisi "Vilyarreal"da - RƏSMİ

17:16 - 22 Avqust 2025

İspaniyanın "Vilyarreal" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" "Çelsi"dən Renato Veyqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vilyarreal" portuqaliyalı futbolçu üçün İngiltərə klubuna 24,5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı mərkəz müdafiəçisi ilə 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi" Renato Veyqanı 2024-cü ilin yayında "Bazel"dən transfer etmişdi. Portuqaliya millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Yuventus"da çıxış edib.


Xəbər xətti