Millimizin üzvü üçün 90 dəqiqə

23:58 - 25 Avqust 2025

Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynovın çıxış etdiyi "Arda" klubu Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, səfərdə “Slaviya”nın qonağı olan "Arda" 0:2 hesabı ilə məğlub olub. Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, “Arda” 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti