"Zirə"nin futbolçusu əməliyyat olundu - 3 həftə oynamayacaq

15:17 - 26 Avqust 2025

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Sportal.az xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Qeyd edək ki, "Zirə" Rövlan Muradovu yay transfer pəncərəsi zamanı heyətinə qatıb.


Xəbər xətti