"Lion"dan ayrılan Nemanya Matiçin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək.
Matiç "Sassuolo" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyasına qayııdan kollektiv 37 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Nemanya Matiç ötən mövsüm "Lion"un heyətində 39 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi