"UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələn "Qarabağ" futbol klubu oyunlarını Olimpiya stadionunda keçirmək üçün heç bir rəsmi müraciət ünvanlamayıb".
Sportal.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı Olimpiya stadionun Mətbuat Xidmətinin rəhbəri Fərid Əsədzadə deyib.
"Hazırda stadionun ot örtüyü futbol üçün əlverişli vəziyyətdə deyil. Bunun səbəbi isə bundan öncə olan tədbirlərdir. Bakıda keçirilən COP29 tədbirinin demonaatj işləri bitdikdən sonra, yəni fevral ayından sonra havaların sərt keçməsi səbəbindən biz meydançların yenidənqurma işlərinə başladıq. Üç ehtiyat meydançamız istifadəyə hazırdır. Lakin əsas meydança iyul ayında keçirilən konsert səbəbindən və Azərbaycan - Fransa oyununun bizdə keçirilməyəcəyini bildirdikləri üçün stadionu ot örtüyünü bərpa etməyi lazım bilmədik. "Qarabağ" klubu da hazırda Olimpiya stadionunda oyunlar üçün rəsmi müraciət ünvanlamayıb. Əgər müraciət ünvanlanarsa, bu məsələ ilə bağlı rəsmi məlumat veriləcək. Ümumilikdə isə stadionun həmin vaxtadək hazır olub-olmayacağı barədə nəsə demək mümkün deyil", - deyə F.Əsədzadə bildirib.
Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələdəki rəqibləri bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.
saytlarin hazirlanmasi