"Mançester Yunayted" PSJ-nin futbolçusunu istəyir

09:47 - 27 Avqust 2025

"Mançester Yunayted" PSJ-nin futbolçusu Kanq İn Lini transfer etməyi planlaşdırır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Mançester təmsilçisi cənubi koreyalı üçün artıq rəsmi təklif də irəli sürüb.

"Qırmızı şeytanlar" 24 yaşlı vinger üçün lazım olan məbləği ödəmək niyyətindədir.

Linin PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Transfer məbləği 25 milyon avro olan asiyalı özü PSJ-də qalmaq haqda düşünür. 

"İnçeon"un yetirməsi olan futbolçu "Valensiya", "Malyorka" klublarında da oynayıb.
 

Xəbər xətti