"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Bavariya" seneqallı futbolçunun keçidini həll edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Daha öncə Ceksonla şəxsi müqavilənin şərtlərini razılaşdıran münhenlilər London klubu ilə də anlaşıb. 24 yaşlı forvard icarə əsasında "Bavariya"nın formasını geyinəcək.
Qeyd edək ki, Nikolas Cekson ötən mövsüm "Çelsi"nin heyətindəə meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi