Əvəzedicilər Liqası: "Qəbələ" - "Zirə" matçında 5 qol

22:20 - 26 Avqust 2025

Bu gün Azərbaycan çempionatında əvəzedici komandalar arasında II tur başa çatıb.

Sportal.az xəbər verir ki, turun son oyun günündə "Qəbələ-2" doğma meydanda "Zirə-2"ni qəbul edib.Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvəzedicilər Liqası

II tur

"Qəbələ-2" - "Zirə-2" 4:1

Qollar: Q.Ramazanov,13, P.Quimbila, 29, N.Rəşidov,31, R.Əsədov,36, - Ə.Süleymanzadə,62

Qeyd edək ki, turun daha öncə baş tutan qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

"Qarabağ-2" – Sumqayıt-2"1:0

"Neftçi-2" – "Şamaxı-2"1:0

"Kəpəz-2" – "Turan-Tovuz-2" – 1:4

"Araz-Naxçıvan-2" – "Sabah-2" – 2:5

Xəbər xətti