"Real" Dayo Upamekano ilə maraqlanır.
Sportal.az xəbər verir ki, "Bild"in məlumatına görə, Madrid klubu müdafiəçi ilə gələn il azad transfer barədə danışıqlar aparır. Oyunçunun Münhen "Bavariya"sı ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.
"Bavariya" və Upamekano artıq 6 aydan çox müddətdə müqavilənin uzadılması barədə danışıqlar aparırlar, lakin hələ də maliyyə şərtlərində razılığa gəlməyiblər. Hazırda futbolçu ildə 16 milyon avroya qədər qazanır, amma maaşının artırılmasını istəyir.
Qeyd edək ki, ötən Bundesliqa mövsümündə Dayo 20 oyunda iştirak edib və 2 qol vurub.
saytlarin hazirlanmasi