"Borussiya" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi "Çelsi"dən Aaron Anselminonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı argentinalı mərkəz müdafiəçisi 2025/2026 mövsümünü Dortmund təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Borussiya" ötən gün "Çelsi"dən Karni Çukvuemekanı da transfer edib.
saytlarin hazirlanmasi