"Beşiktaş" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda "Lozanna"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq. Bu barədə komandanın baş məşqçissi Ule Qunnar Sulşer məlumat verib.
Vinger Milot Raşitsa komandaya kömək edə bilməyəcək. Kosovolu futbolçu ayaq əzələsindən zədə alıb.
Qeyd edək ki, "Beşiktaş" - "Lozanna" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İsveçrədə keçirilən ilk oyun 1:1 hesablı bəraabərliklə yekunlaşıb.
saytlarin hazirlanmasi