"Tobol"un müdafiəçisi: "Azərbaycanda ancaq liqada qalmaq uğrunda mübarizə aparan komanda idik" - MÜSAHİBƏ

11:22 - 27 Avqust 2025

"Tobol"un futbolçusu Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. Qazaxıstan klubunun müdafiəçisi “Kəpəz”dəki vaxtlarını da xatırlayıb.

- "Tobol"a keçidin necə baş tutmuşdu? Kostanay klubundan təklif sənə nə vaxt gəlmişdi?

Belaruslu agent mənə zəng etdi və bu cür variantın olduğunu bildirdi. Mən də razılıq verdim. İki gün ərzində “Tobol”la müqavilə imzaladıq. 

- Azərbaycanda qalmaq ehtimalın yox idi? “Sumqayıt”ın səninlə maraqlandığı, "Kəpəz"də isə qala biləcəyin deyilirdi...

Azərbaycandan heç bir klub mənə rəsmi müqavilə təklif etmədi.

- "Kəpəz"də özün qalmadın, yoxsa Adil Şükürov səni istəmədi?

Bilmirəm ki, məni komandada kim görmək istəmədi. Rəhbərlik idi, yoxsa məşqçi...Mən "Kəpəz"də oynamağa davam etmək istəyərdim.

- "Kəpəz” ilk iki turda uduzdu. Çox da yaxşı görünmürdülər. Səncə, “Kəpəz” bu mövsüm Premyer Liqada qala biləcək? Nəyə görə “Kəpəz” hər mövsüm ən yaxşı halda, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır?

Düşünürəm ki, onlar bacara bilərlər. Sadəcə olaraq bunlar biz əvvəllər komandada olanda yeni rəhbərliyin dediyi tapşırıqlar deyil. Ən aşağı büdcə ilə daha yüksək səviyyəli oyunçularla müqavilə bağlamağın çətin olduğu aydın idi.

- Artıq "Tobol"un heyətində Qazaxıstan çempionatında 2 oyun keçirmisən. Səncə, Qazaxıstan və Azərbaycan çempionatları arasında fərq çoxdur?

Hazırda bu suala cavab verə bilmərəm. Çünki cəmi 2 oyun keçirmişəm. Başa düşürsünüz də, biz Azərbaycanda liqada qalmaq uğrunda oynayan komanda idik. Bizim üçün bütün rəqiblər çətin idi. Lakin indi tam əks tapşırıqları olan komandada oynayıram, çempionatın liderlərindən biriyik. Ona görə də oyunlar başqa məcrada keçir. Düşünürəm ki, mövsümün sonunda bu suala cavab verə biləcəm.

Mirbağırağa
 

Xəbər xətti