"Çelsi"nin futbolçusu Kristofer Nkunku karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Milan" fransalı hücumçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızı-qaralar" Nkunku üçün İngiltərə klubuna 35 milyon avro təzminat ödəyəcək. "Milan" 27 yaşlı forvardla 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Təcrübəli oyunçu sabah tibbi müayinədən keçmək üçün İtaliyaya gedəcək.
Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu 2023-cü ilin yayında "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi