“Barselona”nın futbolçusu Rafinya zədə səbəbindən “Real”a qarşı keçiriləcək matçı buraxa bilər.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, hazırda həkimlər braziliyalının “El Klassiko”ya yetişməsi üçün çalışır. Amma onun zədəsini tam sağaltmasının zaman alacağı iddia olunur.
O, narahatlıq səbəbindən Kataloniya təmsilçisinin dünən keçirilmiş məşqini erkən tərk edib. Rafinya sentyabr 25-də İspaniya La Liqasının 6-cı turunda "Ovyedo”(3:1) görüşündə zədələnmişdi.
saytlarin hazirlanmasi
