19 yaşlı qanalı "Qəbələ"nin tarixinə düşdü

11:47 - 31 Oktyabr 2025

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Qəbələ" - "Mingəçevir" oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 5:1 hesabı ilə başa çatan matçda het-trik edən 19 yaşlı qanalı legioner klub tarixinə bir görüşdə üç qol vuran 7-ci futbolçu kimi düşüb.

Xatırladaq ki, şimallıların tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilal Auaşeriyadır.

Xəbər xətti