"Qalatasaray" millinin kapitanı üçün hərəkətə keçir

22:55 - 15 Yanvar 2026

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyersını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" yayda heyətinə qata bilmədiyi türkiyəli futbolçu üçün yenidən hərəkətə keçəcək. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

İstanbul nəhənginin Hakan üçün ödəməyə hazır olduğu məbləğ də məlum olub. "Sarı-qırmızılar" Türkiyə millisinin kapitanı üçün İtaliya klubuna 15 milyon avroluq təklif göndərəcək. 31 yaşlı dayaq yarımmüdafiəçisi özü "Qalatasaray"a keçməyə isti yanaşır.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Təcrübəlli oyunçu bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi maatçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti