“Real”ının kapitanı Dani Karvaxal İspaniya Kral Kubokunda “Albesete”yə 2:3 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı sağ cinah müdafiəçisi azarkeşlərdən üzr istəyib:
“Biz artıq ən aşağı nöqtəyə çatmışıq. II Liqa Liqa təmsilçisi bizi turnirdən kənarlaşdırdı. Onları təbrik edirəm. Bu gündən etibarən həm fərdi, həm də komanda olaraq özümüzə qarşı daha tənqidi olmalıyıq. Mövsümün gedişatını dəyişmək üçün hələ vaxtımız var. Qarşıda mübarizə aparmalı olduğumuz iki möhtəşəm turnir var. Komanda hazırda ən yaxşı formada deyil və biz çox çalışmalıyıq. Meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Eyni zamanda azarkeşlərdən üzr istəyirik. Biz və şəxsən mən klubun səviyyəsinə və gözləntilərinə uyğun çıxış etmirik. Vəziyyəti həm meydanda, həm də turnir cədvəlində dəyişmək üçün qarşıdakı bir neçə ay ərzində matçlarda bütün gücümüzü sərf edəcəyimizə söz veririk”.
saytlarin hazirlanmasi
