"Tottenhem"İn məşqçilər korpusunda yeni təyinat olub.
Sportal.az xəbər verir ki, Con Heytinqa baş məşqçi Tomas Frankın köməkçisi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Con Heytinqa son olaraq "Ayaks"In baş məşqçisi vəzifəsində çalışıb. 42 yaşlı məşqçi daha əvvəl "Liverpul"da Arne Slotun köməkçisi olub.
saytlarin hazirlanmasi
