"Real" müdafiəçisinə yeni müqavilə təklif edəcək

12:22 - 19 Yanvar 2026

"Real" müdafiəçisi Antonio Rüdigerə yeni müqavilə təklif edib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, “kral klubu” 32 yaşlı futbolçusunu buraxmaq istəmir. 

Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. Almaniya millisinin üzvünün “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ona bir neçə klubdan təklif olsa da, futbolçu Madrid klubunda qalmaq istəyir.

Rüdiger “Ştuttqart”, “Roma” və “Çelsi”də oynadıqdan sonra 2022-ci ildə “Real”a keçib.
 

Xəbər xətti