“Neftçi” Almeydanı heyətinə qatır

15:19 - 17 Yanvar 2026

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Neftçi” heyətini gücləndirmək istəyir.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, “ağ qaralar” Kiprin “Etnikos” klubundan transferə hazırlaşır.

Bakı təmsilçisinin yeni baş məşqçisi adıçəkilən Kipr klubunun vingeri Breno Almeydanı sərəncamında görmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar gedir. “Neftçi”nin bu keçidi yaxın zamanda həll edəcəyi bildirilir.

Xatırladaq ki, karyerasının böyük hissəsini doğulduğu Braziliyada keçirən Breno Almeyda 2022-ci ildə Maltanın “Valetta” klubuna transfer olunub. Lakin burada cəmi bir mövsüm keçirən oyunçu yenidən ölkəsinə qayıdır. 2024-cü ildə isə o, yenidən Avropaya qayıdır. Bu dəfə “Etnikos”la anlaşır. Hazırda onun Axna təmsilçisi ilə müqaviləsi davam edir.

Qeyd edək ki, “Neftçi” ötən yay Kiprin “Apollon” klubundan Sessi Dalmeydanı, “AEK Larnaka”dan isə İmad Farajı heyətinə qatıb.

Xəbər xətti