"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv "Osiyek"la qarşılaşıb. Matç Xorvatiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə daha iki hazırlıq matçına çıxıb. "Kimyaçılar" "Pakş"a (Macarıstan) 1:5, OFK-ya (Serbiya) 1:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
