"Kristal Pelas"ın kapitanı Mark Qehi yaxın günlərdə klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli müdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Mançester Siti" klubu ilə 6 aylıq müqaviləsi qalan 25 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Çelsi"dən 23 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
