Xabi Alonsonu "Real"da bitirən əsas səbəb oyun sistemində dəyişikliyə getmək istəməsi oldu. İspan mütəxəssisin yüksək xətdə pressinq, daha intensiv və dinamik oynamaq tələbinə futbolçulardan qarşılıq gəlmədi. Mbappe, Vinisius kimi ulduzlar yeni oyun modelinə uyğunlaşmaq istəmədilər, nəticədə Xabi Alonso Madridi tərk etməli oldu.
Yuri Vernidub da "Neftçi"də dəyişikliklərə getməyi mütləq bilir. Samir Abasovdan "ölü" komanda təhvil alan Vernidub sürətli keçidlər edən, daha hərəkətli olan "Neftçi" görmək istəyir. Lakin ona qədər aparılan seleksiya bu oyun modeli üçün nə qədər uğurludur, heyətdə olan futbolçular bu sürətlərə ayaq verəcək səviyyədədirmi?
Sportal TV-də yayımlanan "Futbolda gündəm" verilişində bu mövzuda müzakirələr aparılıb. Günün sualı belə olub - Vernidub Xabi Alonsonun aqibətini yaşaya bilər?
saytlarin hazirlanmasi
