"Qarabağ" dünya reytinqində gerilədi

09:34 - 16 Yanvar 2026

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Sportal.az xəbər verir ki, "Qarabağ" reytinqdə geriləyib. Ağdam təmsilçisi 182,5 xalla 68-ci pillədən 69-cu yerə enib.

"Sabah" isə 93,5 xalla 252-ci mövqedən 224-cü sıraya yüksəlməyi bacarıb. "Zirə" də "Qarabağ" kimi geriləyib, onlar 66,75 xalla 360-cı yerdən 389-cu pilləyə enib.

"Araz-Naxçıvan" 60,25 xalla 486-cı sıradan 456-cı yerə qalxıb. "Neftçi" 51,25 xalla 563-cü pillədən 553-cü mövqeyə irəliləyib.

Qeyd edək ki, turnir cədvəlində 613 xalla PSJ liderdir. 

Xəbər xətti